Bekhemdən Messinin müqaviləni uzatmasına reaksiya – VİDEO
Devid Bekhem Lionel Messinin “İnter Mayami” ilə müqaviləsini uzatmasından məmnundur.
Aut.az xəbər verir ki, Bekhem bu barədə klubun saytıma danışıb:
“Bizim fikrimiz ən yaxşı oyunçuları “İnter Mayami”yə və bu şəhərə gətirmək idi və biz də bunu etdik.
Ən yaxşı futbolçunu şəhərimizə gətirmişik. Bu, Mayamiyə olan bağlılığımızı nümayiş etdirir, həm də Leonun bu şəhərə, bu kluba və bu oyuna olan bağlılığını nümayiş etdirir.
O, həmişəki kimi fədakardır və hələ də qalib gəlmək istəyir. Biz, sahiblər olaraq, oyunu çox sevən və bu ölkədə futbol üçün çox işlər görən, istedadlı oyunçuların yeni nəslini ruhlandıran bir oyunçuya sahib olduğumuz üçün özümüzü çox şanslı hiss edirik”.
Aut.az
