Dünya futbolu

Sona görə biletlərin qiyməti bu qədər artdı

MLS-in “Los-Anceles” klubunun “San-Dieqo”ya qarşı oyununa bilet qiymətləri səkkiz dəfə artıb.

Aut.az xəbər verir ki, bu barədə “The Korea Times” məlumat yayıb.

Mənbənin məlumatına görə, buna Cənubi Koreya hücumçusu Son Hın Minin yaxınlarda baş tutmuş transferi səbəb olub. Bildirilir ki, bir biletin qiyməti 400 dollara qədər yüksələcək.

Bundan əvvəl klubun baş meneceri koreyalı futbolçunun formalarının dünyada ən çox satılan məhsula çevrildiyini açıqlamışdı. O, “Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun, “İnter Mayami”nin argentinalı forvardı Lionel Messinin və “Los-Anceles Leykers”in amerikalı basketbolçusu Lebron Ceymsin formalarını geridə qoyub.

 Aut.az