İngiltərə

“Arsenal”ın MY ilə oyunlardakı seriyası artdı

“Arsenal” klubu “Mançester Yunayted”lə bütün turnirlərdəki oyunlarda məhsuldar seriyasını 10 matça çatdırıb.

Aut.az xəbər verir ki, Premyer Liqanın 1-ci turunda keçirilən səfər oyununda “topçular” müdafiəçi Rikkardo Kalafiorinin 13-cü dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıblar.

“Arsenal” son dəfə 2021-ci il yanvarın 30-da, Premyer Liqanın 2020/21 mövsümünün 21-ci turunda doğma meydanda “Mançester Yunayted”lə qolsuz heç-heçə edib. Həmin görüşdən sonra londonlular rəqibin qapısına hər oyunda yol tapıblar. Üç dəfə üç qol, iki dəfə iki qol və beş dəfə bir qol vurublar.

Bu müddət ərzində “Arsenal” altı qələbə qazanıb, “Mançester Yunayted” iki dəfə qalib gəlib, bir oyun heç-heçə başa çatıb və İngiltərə Kubokunda “qırmızı şeytanlar” penaltilərlə qələbə qazanıblar.

Aut.az