İngiltərə

Premyer Liqanın 3 nəhənginin 57 milyonluq qapıçı uğrunda mübarizəsi

“Sanderlend”in niderlandlı qapıçısı Robin Rufs Premyer Liqanın üç aparıcı klubunun maraq dairəsindədir.

Aut.az xəbər verir ki, “Football Insider”in məlumatına görə, “Liverpul”, “Mançester Siti” və “Çelsi” 23 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

“Qara Pişiklər” də öz növbəsində Rufes üçün 50 milyon funt sterlinqdən (57 milyon avro) çox pul qazanmaq istəyir. Robin “Sunderland”ə Niderlandın NEC klubundan 10,5 milyon avroya keçib.

O, İngiltərə klubu ilə 2030-cu ilin ortalarına qədər uzunmüddətli müqavilə imzalayıb. Bu mövsüm Rufs Premyer Liqada 24 oyun keçirib və 26 qol buraxıb. O, səkkiz dəfə qapısını toxunulmaz saxlayıb.

Aut.az