İngiltərə

Çağırdılar, hakimlərlə bağlı dediyi bu sözə görə hesabat verdi

London Arsenalının baş məşqçisi Mikel Arteta bir gün əvvəl İngiltərə Futbol Assosiasiyasının (FA) nümayəndələri ilə görüşü haqda danışıb.

Aut.az xəbər verir ki, görüşdə ispan məşqçinin hakimliklə bağlı tənqidi fikirləri müzakirə olunub. Bu barədə AS məlumat yayıb.

“Biz görüşdük, öz tərəfimizdən bəzi sübutlar təqdim etdik, fikirlərimizi və nəticələrimizi bildirdik, həmçinin vəziyyətin tam kontekstini və onu necə gördüyümüzü təqdim etdik. İndi görüşün nəticələrini gözləyirik”, – AS Artetanın sözlərindən sitat gətirib.

FA Artetanı matç rəsmilərini təhqir etməkdə və oyuna ziyan vurmaqda ittiham edib. “Nyukasl”la oyundan sonra “Arsenal”ın baş məşqçisi bu görüşdəki hakimliyin “biabırçılıq” olduğunu və İngiltərə çempionatının səviyyəsinə uyğun olmadığını söyləmişdi.

Aut.az