Ronaldo 1200-ə çatdı və bu sözləri yazdı
Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində keçirilən “Ər-Riyad”la qarşılaşma (4:1) “Əl-Nəsr”in kaöitanı Kriştiano Ronaldo üçün xüsusi olub.
Aut.az xəbər verir ki, “Qızıl top”un 5 qat qalibi yubiley – 1200-cü rəsmi matçını keçirib. Qarşılaşmadan sonra 38 yaşlı portuqaliyalı superulduz bu barədə “İnstaqram” səhifəsində paylaşım edib:
“Daha bir 3 xal! Mənə 1200-ə çatmağımda kömək edən bütün komanda yoldaşlarıma minnətdaram. Nə səyahətdi, amma hələ heç nə bitməyib”!
View this post on Instagram
