Bekhem Ferstappenə müraciət etdi – FOTO
“İnter Mayami”nin həmsahibi Devid Bekhem sosial şəbəkələrdə yeni paylaşım edib.
Aut.az xəbər verir ki, Bekhem “Red Bull”un pilotu Maks Ferstappeni üçüncü çempion titulunu qazanması münasibətilə təbrik edib.
“Dohada möhtəşəm Formula 1 həftəsonu. Təbrik edirəm, Maks”, – Bekhem mesaja Ferstappen və komandanın rəhbəri Kristian Hornerlə çəkdirdiyi şəkli əlavə edərək yazıb.
Qətərdəki titul Ferstappenin ardıcıl üçüncü çempionluğudur. Bir mövsüm əvvəl də Maks vaxtından əvvəl çempionluq titulunu qazanmışdı.

