Premyer Liqa tarixində rekord: “Nyukasl” ona bu qiyməti “kəsdi”
“Nyukasl” 181 milyon avroya komandanın isveçli hücumçusu Aleksandr İsakla ayrılmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçunun ingilis klubuna keçməsi şərti ilə bu transfer Premyer Liqa tarixində ən bahalı satışa çevrilə bilər.
Daha əvvəl “Arsenal”ın futbolçu ilə fəal maraqlandığı bildirilirdi. PSJ, “Real”, “Liverpul”da ona maraq göstərir.
Bu mövsüm 25 yaşlı İsak bütün turnirlərdə 16 matçda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. İsveçlinin klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” internet portalı İsakın bazar dəyərini 75 milyon avro qiymətləndirir.
Aut.az
