İngiltərə

“Liverpul”un çempion olmayacağına əmindir: Deyir ki…

“Mançester Yunayted”in keçmiş müdafiəçisi və hazırda futbol mütəxəssisi Qari Nevill “Liverpul”un bu mövsüm liqa çempionluğunu qazana bilməyəcəyini iddia edib.

Aut.az xəbər verir ki, Nevill bunun səbəbini də göstərib.

“Görünən odur ki, “qırmızılar” yaxşı mövsüm keçirəcək. Yəqin ki, Çempionlar Liqasına düşəcəklər. Düzünü desəm, “Liverpul” – “Vulverhempton” matçında özümü İngiltərə çempionunu görürmüş kimi hiss etmədim. “Liverpul” “Arsenal” və “Mançester Siti”dən qat-qat pisdir. Və bunun kimisə təəccübləndirəcək xəbər olacağını düşünmürəm”, – Britaniyanın “Evening Standard” onlayn nəşri Nevilldən sitat gətirib.

“Liverpul” 6 oyundan sonra 15 xalla birinci yerdədir.

Aut.az