“Siti”nin tarixinə düşdü – 16 yaşında
İngiltərə Liqa Kubokunun 1/16 finalında “Mançester Siti” “Uotford”u məğlub edib (2:1).
Aut.az xəbər verir ki, gənc müdafiəçi Keyden Breytvayt bu oyun üçün “şəhərlilər”in start heyətində yer alıb. “Rising Stars”ın məlumatına görə, bununla da o 21-ci əsrdə “Siti”də oynayan ən gənc futbolçu kimi tarixə düşüb. Debüt edən zaman o, 16 yaş 229 günlük olub.
Breytvayt həm də klubun tarixində üçüncü ən gənc oyunçuya çevrilib.
Aut.az
