Ançelottidən daha bir rekord
“Real” La Liqanın 7-ci turunun matçında evdə “Alaves”i 3:2 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, bu oyun baş məşqçi Karlo Ançelotti üçün çempionatda məğlubiyyətsiz ardıcıl 39-cu oyun olub. İtalyan mütəxəssis bu göstəriciyə görə Albert Ormaeçeanın nailiyyətini (38) üstələyərək yeni La Liqa rekorduna imza atıb.
Bundan başqa, “Don Karlo” Madrid klubunun baş məşqçisi kimi 300-ü matçına çıxıb. O, Madrid klubunda 300 oyun səddini aşan ikinci məşqçi olub. Bu göstəricidə rekordçu Migel Munyosdur – 605 oyun.
