Çox sərtdir? – Qrizmann bu FOTO ilə “Barsa”ya “ilişdi”
“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann “Kral Kuboku”nun yarımfinalının ikinci oyunundan (0:3) sonra “Barselona”nı ələ salıb.
Bu hesabla qazanılan qələbə katalonların finala çıxması üçün kifayət etmədi, çünki Madrid klubu ilk matçda 4:0 hesabı ilə qalib gəlmişdi.
Aut.az xəbər verir ki, oyundan sonra Qrizmann sosial mediada meydanda məyus halda uzanan “Barselona” oyunçularının fonunda çəkilmiş şəklini paylaşıb.
Qrizmann fotoya “Çox sərtdir, elə deyilmi? 🤭🤭🤭” şərhini yazıb.
Aut.az

