150 milyona vermədilər, indi 40 milyona satırlar
“Barselona” zədəli olduğu üçün ayrılan vəsaiti və 10 nömrəli formanı doğrulda bilməyən Ansu Fatinin satışına açıqdır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Xavi Migel “Tvitter” hesabında məlumat verib. Mənbənin sözlərinə görə, “Barsa” 20 yaşlı futbolçu ilə 40 milyon avroya ayrılmağa hazırdır.
Maraqlıdır ki, 2020-ci ilin yay transfer pəncərəsində “Barselona”nın Fatini Mançesterə buraxmaqdan imtina etdiyi barədə dəfələrlə xəbərlər yayılmışdı. Hımin vaxt “Yunayted” 150 milyon avro təklif etmişdi. Amma kataloniyalılar onun 400 milyon avroluq sərbəst qalma müddəasını əsas gətirərək, bu təklifdən imtina etmişdilər.
Ansu Fati “Barselona”nın yetirməsidir, doqquz yaşından komandanın strukturundadır. Hücumçu bu mövsüm 40 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az
