İngiltərəİspaniya

Reşford üçün daha bir “elçi” var

Markus Reşfordun “Barselona”dakı gələcəyi hələ də qeyri-müəyyəndir.

Aut.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, “Aston Villa” oyunçuya ciddi maraq göstərir. Mənbənin məlumatına görə, klubun məşqçisi Unay Emeri oyunçu ilə yenidən işləməyə ümid edir və rəhbərliyi onun transferinə  inandırmağa çalışır.

Reşford əvvəllər ispan məşqçinin rəhbərliyi altında oynayıb. Lakin oyunçunun özü karyerasını Kataloniya klubunda davam etdirmək niyyətindədir. Qeyd olunur ki, ingilis futbolçu müqavilənin formatından asılı olmayaraq – tam transfer və ya yeni icarə əsasında – “Barselona”da qalmaq istəyir. 28 yaşlı cinah oyunçusu bu mövsüm La Liqada 31 oyunda meydana çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun icarə müqaviləsi iyun ayında başa çatır və hazırda “Mançester Yunayted”ə məxsusdur.

Aut.az