“Real” “Santyaqo Bernabeu”ya görə nə qədər xərcə düşüb? – Fantastik məbləğ
Tanınmış ispan iqtisadçısı Hektor Moedano “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması üçün xərclənən məbləği açıqlayıb.
Aut.az xəbər verir ki, onun sözlərinə görə arena planlaşdırılandan müqayisə olunmayacaq dərəcədə baha başa gəlib. 1 milyard avro əvəzinə, stadionun yenidən qurulması inanılmaz məbləğə – 1,8 milyard avroya başa gəlib. Bu, “Bernabeu”nu dünyanın ən bahalı stadionuna çevirəcək.
Madrid klubunun stadionu 4 ay əvvəl açılmalı idi. Lakin tarix dəyişdirilib. Rəsmi açılışın yayda olması planlaşdırılır. Bu müddət ərzində “Real” “Santyaqo Bernabeu”da oynamağa davam edir. Lakin stadionun çox hissəsi bağlıdır və rəsmi açılışa qədər belə qalacaq.
Yeni “Santiago Bernabeu” 85 000 tamaşaçı tutumuna malik olacaq və bu stadionu dünyanın 10-cu ən böyük arenası edəcək.
Aut.az
