Avropa Liqası

Avropa Liqasının favoritləri – “Qarabağ”ın şansı var?

UEFA Avropa Liqasının favoritləri açıqlanıb.

Aut.az xəbər verir ki, “Opta Sports”un superkompüterinin hesablamalarına görə cari mövsümdə turnirin qalibi “Porto” olacaq. Portuqaliya təmsilçisinin şansları 17.8% olaraq qiymətləndirilib.

“İlk üçlük”də “Atletik” (10.9%) və Praqa “Slaviya”sı (9.6%) qərarlaşıb.

Turnirdəki və avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” siyahıda 25-cidir. “Köhlən atlar”ın çempionluq şansları 0.2% olaraq ehtimal edilir. Ancaq Ağdam klubunun pley-offa vəsiqə qazanmaq ehtimalı yüksək qiymətləndirilir – 31,5. 1/8 finala 9.7%, 1/4 final 2.7%-dir. Qurban Qurbanovun yetirmələrinin yarımfinala yüksəlmək etimalı isə 0.8%-dir.

“Qarabağ”ın ilk turdakı rəqibi “Tottenhem” də turnirin favoritlərindən hesab edilir. “Mahmızlar” 8.6%-lik ehtimalla 4-cüdür.

Superkompüterin hazrıladığı cədvəlin 8-ci sırasında yer alan Türkiyə təmsilçisi “Qalatasaray”ın çempionluq şansları isə 5.2%-dir.

Avropa Liqasının favoritləri - "Qarabağ"ın şansı var?