UEFA Janna d’Arka görə klubu cərimələdi
UEFA “Lill” klubunu Avropa Liqasının 1/8 finalında Aston Villa ilə keçirilən oyunda (0:1) baş verən hadisələrə görə cərimələyib.
Aut.az xəbər verir ki, “BirminghamLive” nəşrinin məlumatına görə, qarşılaşmadan əvvəl azarkeş sektorunda Fransa bayrağı fonunda zirehli və qılınclı Janna d’Ark təsviri olan banner açılıb. Bannerin aşağı hissəsində ingilis dilində “Fransızlar heç vaxt ölmür” ifadəsi yer alıb. Bundan əlavə, “Qürurlu. Güclü. Amansız” və “Janna qılıncı qaldırır və Lill mübarizəni davam etdirir” şüarları da nümayiş etdirilib.
“Lill” qeyri-münasib mesaj yerləşdirilməsi, tribunadan əşyaların atılması, pirotexniki vasitələrin istifadəsi və oyunun başlanmasının gecikdirilməsi səbəbilə ümumilikdə 82 750 avro məbləğində cərimələnib.
Aut.az

