“Qarabağ” – “Olimpiya” oyununa nə qədər bilet satılıb?
UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” (Sloveniya) oyununa bilet satışı davam edir.
Aut.az xəbər verir ki, artıq oyuna 15500 bilet satılıb. Bu barədə Ağdam klubu məlumat yayıb.
Qarşılaşma avqustun 31-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
