Avropa Liqası

“Braqa”nın baş məşqçisi: “Səhvlər cütün taleyini həll etdi”

Avropa Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Braqa” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Artur Jorje jurnalistlərin suallarını cavablandırdı.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk oyunda pis nəticə olmuşdu. Bura məğlub vəziyyətdə gəlmişdik. Vəziyyəti dəyişmək üçün qələbə lazım idi. Balansı yaxalaya bildik Komandam döyüşdü, sadəcə bəzi səhvlər baha başa gəldi. Ümumi götürdükdə, komandam vuruşdu. Səhvlər cütün taleyini həll etdi.

– Bu məğlubiyyət karyeranızın ən üzücüsü idimi və bu nəticə komandaya necə təsir edəcək?
– İlk oyundakı nəticə bu gün qələbəyə məcbur edirdi. Qazandıq, amma kifayət etmədi. Qısa zamanda bərpa olunmalıyıq. Komanda çox güc sərf etdi. Növbəti oyuna hazır olmalıyıq.

– Oyuna necə hazırlaşmışdınız?
– Bəzi dəyişikliklər etmişdim. Bu da son oyuna görə idi. Bu gün daha sağlam olan oyunçulara ehtiyac var idi. Ona görə bu gedişləri etdim. Hesabı bərabərləşdirə bildik. Məni ən çox məyus edən buraxdığımız ikinci qol idi. Belə yarışlarda belə səhvlər etməməlisən.

– Bu məğlubiyyətdən sonra istefa verməyi düşünürsünüzmü?
– Nə deyim… Mərhələni keçmək istəyirdik, qələbə qazandıq, amma kifayət etmədi.

– Azərbaycandan hansı hisslərlə gedirsiniz?
– Qonaqpərvərliyə görə təşəkkür edirəm. Hansı hisslərlə qayıtmalıyıq? Təəssüf ki, turnirlə vidalaşdıq. Qarşıdakı oyunlara fokuslanacağıq.