İngiltərə

Əfsanə İsakın boykotundan danışdı: İnsanların qəzəbləndirir

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer komandanın forvardı Aleksandr İsakın məşqləri və oyunları boykot edərək “Liverpul”a keçidə nail olmaq istəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, isveçli futbolçu barədə bu sözləri deyib:

“Bu gün futbolçular klub üçün, minlərlə azarkeş üçün bütün güclərini ortaya qoyurlar. Onlar uzun yol qət edib “Villa Park”a gəlirlər və oyunçular meydanda sonadək mübarizə aparır.

Və onlar görürlər ki, kiminsə üçillik müqaviləsi və həftədə 100 min funt-sterlinqdən çox maaşı olmasına baxmayaraq, oynamaqdan imtina edir. Azarkeşlər 60-70 funt biletə, 30 funt isə benzinə və ya qatar biletinə xərcləyirlər.

Təsəvvür edin, kimsə “oynamıram” deyəndə onların hansı qəzəbi hiss etdiyini. Əgər üçillik müqaviləniz varsa, belə hərəkət edə bilməzsiniz.

Başa düşürəm ki, hər hekayənin iki tərəfi var və hələlik İsakın mövqeyini eşitməmişik, yalnız şayiələr var. Amma o, üzr istəsə, komandaya qayıtmaq üçün kiçik də olsa bir şansı qalır”.