Poqba Rusiya nəhənginə niyə “yox” deyib?
“Zenit”in İdarə Heyətinin sədri Aleksandr Medvedev bildirib ki, Pol Poqbanın transferi ilə bağlı danışıqlar heç bir nəticə verməyib.
Aut.az xəbər verir ki, buna səbəb futbolçunun sınaq üçün Sankt-Peterburq komandasına getmək istəməməsidir.
Dopinq qadağası çəkən 31 yaşlı fransalı “Yuventus”la müqaviləsini ləğv etdikdən sonra azad agent statusu alıb. Onun cəza müddəti martın 10-da başa çatacaq.
“Həqiqətən də Pol Poqbanı transfer etməyi düşünürdük. Lakin onun 8 aydır ki, peşəkar futboldan kənarda qaldığını və fiziki və oyuna hazırlığını qiymətləndirmək üçün “Zenit”in düşərgəsinə gəlmək istəmədiyini nəzərə alsaq, danışıqlar nəticəsiz qaldı”, – Medvedevin sözlərini “VseProSport” sitat gətirib.
Aut.az
