Dünya futbolu

Azardan Ronaldonu qəzəbləndirəcək açıqlama: Yalnız Messi…

Keçən oktyabrda karyerasını bitirən belçikalı ulduz Eden Azar fərdi olaraq dünyada yalnız bir oyunçunun ondan güclü olduğuna inanır.

Aut.az xəbər verir ki, Azar hətt oyun planında Ronaldodadn da üstün olduğunu bildirib.

“Fərdi olaraq, yəqin ki, yalnız Messi məndən güclüdür. Mən onun oyunundan həzz aldım. O, tarixin ən yaxşısıdır. Topu ondan almaq mümkün deyil. Kriştiano məndən böyük oyunçudur, amma futbol baxımından düzünü desəm, məndən yaxşı deyil. Bəlkə də Neymar.

“Real” ən yaxşıları bir araya gətirdi – Benzema, Modriç, Kroos. Onlar futbolun təcəssümüdür.

Daha çox şeyə nail olmaq istəyirdim? Yox. Mən heç vaxt statistikaya görə narahat olmamışam. 300 qol, 200…? Əlimdə gələni etdim və həzz aldım”, – Azar bildirib.

Aut.az