Həbs olundu
“Nyukasl”ın futbolçusu Joelinton həbs edilib.
Aut.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sərxoş halda avtomobil idarə etdiyi üçün saxlanılıb. Bu barədə “The Times” nəşri məlumat yayıb. Joelintonun yanvarın 26-da məhkəməsi olacaq.
Braziliyalı futbolçu bu mövsüm Premyer Liqada 16 matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
