Dünya futbolu

Xviça mərhum əfsanənin FOTOsunu paylaşıb, görün nə yazdı

PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya sosial şəbəkədəki səhifəsində Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəvi oyunçusu Kobe Brayantın şəklini paylaşıb.

Aut.az xəbər verir ki, Xviça fotoya “Davam et” şərhini yazıb. Brayantın ən xarakterik xüsusiyyətlərindən biri onun əməksevərliyi idi

Kobe bütün karyerasını (1996-2016) “Los Angeles Lakers”də keçirib. Kaliforniya klubu ilə beş dəfə Milli Basketbol Assosiasiyasının çempionluğunu qazanıb. İdmançı 18 dəfə Ulduzlar Oyununda çıxış edib. Bundan əlavə, Brayant ABŞ milli komandasının tərkibində iki dəfə Olimpiya çempionu olub. Əfsanəvi oyunçu 26 yanvar 2020-ci ildə Los-Anceles yaxınlığında helikopter qəzasında həlak olub.

Aut.az

Xviça mərhum əfsanənin FOTOsunu paylaşıb, görün nə yazdı