FİFA-dan “Əl-Nəsr”lə bağlı açıqlama
FİFA rəsmisi “Əl-Nəsr”ə tətbiq olunan qadağa ilə bağlı danışıb.
“Əl-Nasr hazırda yeni oyunçuları qeydiyyatdan keçirə bilmir – bu, ödənilməmiş borclarla bağlıdır. Müvafiq qadağalar, borcun ödənilməsi maraqlı kreditorlar tərəfindən təsdiq edildikdən dərhal sonra qaldırılacaq”, – deyə jurnalist Fabritsio Romano öz “Twitter” səhifəsində FİFA nümayəndəsindən sitat gətirib.
Xatırladaq ki, “Əl-Nəsr” nigeriyalı hücumçu Əhməd Musaya görə “Lester”ə bonusları ödəmədiyi üçün sanksiyaya məruz qalıb.
Aut.az
