“Kəpəz” baş məşqçisini açıqladı
“Kəpəz” yeni baş məşqçisi ilə bağlı razılıq əldə edib.
Aut.az xəbər verir ki, “sarı-göylər” Azər Məmmədovla anlaşıb. 50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq.
Xatırladaq ki, Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb.
