Azərbaycan futbolu

İspaniya millisinin sabiq üzvü “Araz-Naxçıvan”da – RƏSMİ

Heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” Alberto Qarsia Fernandeslə anlaşıb.

Aut.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. Müqavilənin müddəti 1 ildir.

26 yaşlı futbolçu “Real” (Madrid) klubun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib. A. Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.