Dünya futbolu

Xavi Parisə uçur – Taleyi onlardan asılıdır

PSJ PSV-nin 20 yaşlı yarımmüdafiəçisi Xavi Simons üçün 6 milyon avroya geri satın alma opsiyasını aktivləşdirib.

Aut.az xəbər verir ki, Paris klubu niderlandlı futbolçuya görə  geri alış bəndindən yararlanıb. Hazırda Simons PSJ ilə müqavilə imzalamaq üçün Parisə uçmağa hazırlaşır.

Onun PSJ-də gələcəyi ilə bağlı iki variantı var. Kilian Mbappe və ya Neymar klubu tərk edərsə, Simons PSJ-də qalacaq. Hər iki ulduz futbolçu klubda qalsa, o zaman Xavi yayda icarə əsasında başqa kluba keçəcək.

2022/2023 mövsümündə Simons PSV-nin heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun Niderland klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.

Aut.az