İngiltərə

“Yunayted” bu filmin çəkilişindən imtina etdi: Amorimin sözü ilə

“Mançester Yunayted” klub barədə sənədli filmin çəkilişindən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Klub ilə “Amazon” arasında komandanın pərdəarxası həyatına dair sənədli serialın çəkilişi müzakirə olunurdu. Saziş “Amazon” platforması üçün tarixdəki ən bahalı layihələrdən biri ola bilərdi. Şirkət bu layihə üçün 10 milyon funt sterlinqdən çox vəsait təklif etmişdi.

Çəkilişlərə 2025/26 mövsümündən başlanması və film heyətinə komandanın düşərgəsinə demək olar ki, qeyri-məhdud çıxış imkanı verilməsi planlaşdırılırdı.

Lakin yayda danışıqlar dayandırılıb. Səbəb isə baş məşqçi Ruben Amorimin mövqeyi olub. O, çəkiliş qrupunun komandanın fəaliyyətinə müdaxilə etməsindən narahatlıq hiss etdiyini bildirib. Mütəxəssis belə bir layihənin oyunçuları əsas işlərindən yayındıra biləcəyini vurğulayıb.

Aut.az