İspaniyaAlmaniyaİngiltərə

Avropa nəhəngləri “Barselona”nın gənc ulduzunu hədəfə aldılar

Avropa nəhəngləri “Barselona”nın gənc istedadı Pau Kubarsiyə maraq göstərir.

Aut.az xəbər verir ki, “Caught Offside”-ın məlumatına görə, mərkəz müdafiəçisini yaxından izləyənlər arasında “Mançester Siti”, “Çelsi”, “Arsenal” və “Bavariya” klubu var.

Hazırda futbolçu ilə rəsmi danışıqlar aparılmayıb, lakin yaxın vaxtlarda kontaktların qurulması gözlənilir. Qeyd etmək lazımdır ki, 19 yaşlı oyunçunun müqaviləsində astronomik məbləğdə sərbəstqalma maddəsi yer alıb – 500 milyon avro.

Cari mövsümdə Kubarsi bütün turnirlərdə 39 oyuna çıxıb və 1 qol vurub. Müdafiəçinin katalon klubuyla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, ispan futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.

Aut.az