Prokurorluq bu işin bağlanmasını xahiş etdi
Valensiya prokurorluğu, “Real”a qarşı oyunda (1:0) “Valensiya” azarkeşləri tərəfindən Vinisius Juniora qarşı irqçiliklə bağlı iş üzrə istintaqı yekunlaşdırmağı İstintaq Məhkəməsindən xahiş edib.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilir ki, Valensiya prokurorluğu Vinisiusu təhqir edən şəxslərin stadionun videokameraları tərəfindən qeydə alınmasına baxmayaraq, onları dəqiq müəyyən etmək mümkün olmadığı üçün işin bağlanmasını istəyib.
Nəzərinizə çatdıraq ki, bu işdə üç nəfər şübhəli bilinir ki, klub onlara artıq “Valensiya”nın ev arenasına getməyə qadağa qoyub.
La Liqanın 15 turundan sonra “Real”ın 38 xalı var və çempionatda birinci yerdədir. Öz növbəsində “Valensiya” 19 xal qazanaraq onuncu yerdə qərarlaşıb.
Aut.az
