Dünya futbolu

Klubların reytinqi: “Bayern”lə “Real” yerlərini dəyişdilər

Çempionlar Liqasının 1/4 final oyunlarının başa çatmasından sonra UEFA klub əmsalları üzrə reytinqini yeniləyib.

Aut.az xəbər verir ki, reytinq komandaların son beş ildəki çıxışlarına əsaslanır.

“Bayern”  “Real”ı birinci yerdən kənarlaşdırıb. Yarımfinala yüksəldikdən sonra Münhen klubu 146.500 xala, “Real Madrid” isə 144.500 xala sahibdir.

“Liverpul” PSJ-yə uduzsa da, “İnter”i keçərək üçüncü yeri tuta bilib. Parislilər də bir pillə irəliləyiblər. Digər yarımfinalçılar olan “Arsenal” və “Atletiko Madrid” də mövqelərini yaxşılaşdırıblar. “Mançester Siti” və “Barselona” isə turnir cədvəlində daha aşağı düşüblər. “Bayer” isə doqquzuncu yerdə qalıb.

Aut.az

Klubların reytinqi: “Bayern”lə “Real” yerlərini dəyişdilər