“Real”ın namizəd məşqçilər siyahısında sürpriz ad
“Real Madrid” mövsümü kuboksuz başa vurmaq riski ilə üzləşib. Komanda Çempionlar Liqasında mübarizədən kənarlaşdırılıb və liqada “Barselona”dan doqquz xal geridədir.
Aut.az xəbər verir ki, klub rəhbərliyi hazırda müxtəlif məşqçilərin namizədliyini araşdırır.
“El Mundo”nun verdiyi məlumata görə, siyahıda Joze Mourinyo da var. Joze Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”i çalışdırıb.
Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Madrid komandası İspaniya çempionluğunu (2012), İspaniya Kubokunu (2011) və İspaniya Super Kubokunu (2012) qazanıb. Daha əvvəl mətbuatda “Real Madrid”in prezidenti Florentino Peresin hələ də Mourinyoya yüksək hörmətlə yanaşdığı bildirilirdi. Portuqaliyalı mütəxəssis hazırda “Benfika”nı çalışdırır.
Aut.az
