Bu ölkənin idman naziri türk hakimdən narazıdır: Oyunu məhv etdi
Serbiyanın idman naziri Zoran Qayiç millinin 2024-cü ilin martında Rusiya millisi ilə yoldaşlıq görüşündə (0:4) məğlubiyyətindən danışıb.
Aut.az xəbər verir ki, nazir məğlubiyyətə görə türk hakimləri günahlandırıb.
Matçı Arda Kardeşlərin (Türkiyə) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
“Moskvada Rusiya və Serbiya yığmaları arasında keçirilən oyunda mən də iştirak edirdim. Amma Türkiyədən olan bu hakim oyunu 11-ci dəqiqədə dağıtdı, məncə, 11-ci dəqiqədə. Oyunçu meydanda qalmalı idi. Amma ən əsası odur ki, matç baş tutdu, çox adam gəldi, serb azarkeşlər gəldi. Moskvada olmaq və matçda iştirak etmək çox xoş idi” deyə Qayiç Rusiya mətbuatına bildirib.
Aut.az
