Dünya futbolu

“Qızıl top”un direktoru yayılan siyahılardan danışdı

“Qızıl top”un icraçı direktoru Mark Las İspaniya mətbuatında yayılan səsvermə nəticələrinə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Qalibi yalnız iki nəfər bilir – mən və “France Football”un rəhbəri. Qalibi bildiyini və ya siyahısı olduğunu söyləyən hər kəs yalançıdır”.

Xatırladaq ki, bir versiyaya görə, ən nüfuzlu şəxsi mükafatın sahibi “Real”in braziliyalı vingeri Vinisius Junior olacaq. Mediaya sızan ikinci nəticədə isə “Qızıl top”un qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin adı qeyd olunub.

“Qızıl top”u əslində kimin alacağı bu gün məlum olacaq. Mərasim Parisdəki “Chatelet” teatrında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Aut.az