Kənan Yıldız “Yuve”nin tarixinə belə düşdü
4:4 hesabı ilə başa çatan “Yuventus” – “İnter” matçı A Seriyasında əsl sensasiyaya çevrildi.
Aut.az xəbər verir ki, görüşün əsas qəhrəmanlarından biri 19 yaşlı Kənan Yıldız oldu. O, sonradan meydana daxil olaraq, dubla imza atdı.
Bu qollarla Yıldız son 10 ildə A Seriyasında “İnter”ə qarşı matçda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşüb.
Kənan Yıldız 2024/25 mövsümündə əla nəticələr göstərir. O, A Seriyasında 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
