İbrahimoviç Nonini biabır etdi: Kamera da ondan yaxşı oynayır
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç London “Arsenal”ının və İngiltərə millisinin vingeri Noni Maduekenin 2026-cı il dünya çempionatının 1/4 finalında Norveçə qarşı ( 2:1) oyundakı çıxışını tənqid edib.
Aut.az xəbər verir ki, İbranın sözləri “Goal” tərəfindən sitat gətirilib .
24 yaşlı Noni start heyətində yer alıb və bir hissədə oynayıb. İsveçlinin sözlərinə görə, Tomas Tuxelin komandası ilk dəqiqələrdən on nəfərlə oynayıb.
Zlatan Cud Bellinqemin matçdakı ilk qolunu da xatırladıb. Bu, mübahisələrə yol açan bir qol idi. Norveçli qapıçı Nyland topu uzaqlaşdırarkən hörümçək kamerasının triosuna dəydi. Top sapdı və düz Qordonun ayaqlarına düşdü, o da qapıya zərbə vurdu. Qapıçıdan qayıdan topu isə Bellinqem qolla çevirdi.
Topun içindəki sensor kamera kabeli ilə heç bir təmas aşkar etmədi və İngiltərənin qolu sayıldı. qorundu.
“İngiltərə bir oyunçu az oynayırdı. Madueke hər dəfə topu ələ keçirəndə səhv qərarlar verir və meydanda gəzirdi. Əgər top hörümçək kamerasının kabelinə dəyibsə, deməli, kabel Maduekedən daha yaxşı oynayıb”, – İbrahimoviç deyib.
Qeyd etmək lazımdır ki, Madueke İngiltərə millisinin 2026-cı il Dünya Kubokunda keçirdiyi altı oyundan beşində iştirak edib, qrup mərhələsinin Xorvatiyaya qarşı ilk oyununda ( 4:2 hesablı qələbə ) bir məhsuldar ötürmə ilə yadda qalıb.
Noni milli komandada ümumilikdə 16 oyun keçirib (1 qol və 4 məhsuldar ötürmə).
Aut.az
