İtaliya

ŞOK: Dopinq testi müsbət çıxdı

Pol Poqbanın dopinq testi müsbət çıxıb.

“Yuventus”un yarımmüdafiəçisinin qanında testosteron aşkarlanıb. Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport”  məlumat yayıb.

Sınaq A Seriyasının ilk turunun “Udineze” – “Yuventus” oyunundan (0:3) sonra keçirilib. Fransız futbolçu bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

30 yaşlı futbolçu cari mövsümdə iki oyun keçirib. Poqba ötən mövsümün çox hissəsini zədə səbəbindən buraxmışdı.

Aut.az