İtaliya

Sükutu pozdu: Əsl hekayəni danışsam…

“Roma”nın hücumçusu Romelu Lukaku maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, yayda onun haqqında yalan informasiyalaryazıldığını diqqətə çatdırıb. “Bir çox nəşr mənim haqqımda cəfəngiyyat yazıb. Bu yay haqqında əsl hekayəni danışsaydım, hamı şoka düşərdi”, – deyə belçikalı forvard “Sporza”ya açıqlamasında bildirib.

Xatırladaq ki, Lukaku ötən mövsüm “İnter”də icarə əsasında çıxış edib. Bundan sonra Milan təmsilçisi müqavilə ilə məxsus olduğu “Çelsi”dən onu birdəfəlik transfer etmək istəyib. Həmin vaxt mətbuatda belçikalı futbolçunun “Yuventus”la danışıqlar aparması barədə məlumatlar ortaya çıxıb. İddiaya görə, forvard Çempionlar Liqasının finalında əsas heyətə düşmədiyinə görə “İnter”də qalmaq istəməyib. “Nerazzuri” məhz “qoca sinyora” ilə təmaslarına görə Romeludan imtina edib. Nəticədə təcrübəli forvardı “Roma” icarəyə götürüb.

Aut.az