Dünya futboluTürkiyə

Təkkə “Zenit”in bu təklifindən niyə imtina edib?

“Zenit”in keçmiş hücumçusu Fatih Təkkə “Trabzonspor”dakı vəzifəsi ilə əlaqədar Sankt-Peterburq klubunun yüzillik yubileyinə qatıla bilməyəcəyini bildirib.

Martın 11-də 47 yaşlı Təkkə “Trabzonspor”a baş məşqçi təyin olunub.

Aut.az xəbər verir ki, Təkkə bu barədə “Sport24”ün müxbiri Vladislav Şapiro ilə söhbətində deyib.

“Zenit” məni klubun yüz illik yubileyinə dəvət etdi, amma təəssüf ki, “Trabzonspor”da işlədiyim üçün Rusiyaya gələ bilməyəcəm. Onlardan bu məktubu almaqdan məmnun oldum, amma nəzakətlə imtina etdim.

Həmişə hər yerdə dediyim kimi, “Zenit” mənim qəlbimdə xoş xatirələr və böyük uğurlarla bağlı olan bir yer kimi həmişəlik qalacaq. “Zenit”ə uğurlar və daha bir çempionluq arzulayıram”, – Təkkə deyib.

Fatih 2006-2010-cu illərdə “Zenit”də çıxış edib, sonra “Rubin”ə keçib. O, futbolçu karyerasını 2012-ci ildə başa vurub.

Aut.az