Dünya futbolu

Qol vurmağı yox, ötürmə etməyi sevənlər

Avropanın “top-5” çempionatlarında bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısı açıqlanıb.

Aut.az xəbər verir ki, “Arsenal”ın hücumçusu Bukayo Saka siyahıda liderdir. “Topçuların”ın vingeri cari futbol ilində bütün yarışlarda 11 məhsuldar ötürmə edib.

İkinci yerdə “Bayer Leverkuzen”dən Florian Virts qərarlaşıb. Onun aktivində 10 məhsuldar ötürmə var. Sonrakı yerdə “Leypsiq”dən Xavi Simons və “Vest Hem”in yarımmüdafiəçisi Ceyms Uord-Prouz qərarlaşıb – 9 asist.

“Nyukasl”ın müdafiəçisi Kieran Trippier də 8 məhsuldar ötürmə ilə “ilk 5”-liyə düşüb.