Dünya futbolu

Benzema Ronaldoya qalib gəldi

Ulduz hücumçu Kərim Benzemanın çıxış etdiyi “Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunun matçında Kriştianu Ronaldonun “Əl-Nəsr”inə qalib gəlib.

Aut.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə başa çatıb. İlk hissə “Əl-Nəsrin” xeyrinə başa çatıb. Sadio Mane ən yaxşı oyununu keçirib, qol vurub və məhsuldar ötürmə edib.

“Əl-Nəsr” – “Əl-İttihad” 2:3 (2:0)

Qollar : 1:0 – 3 Mane, 2:0 – 37 Yahya, 2:1 – 49 Benzema, 2:2 – 52 Kante, 2:3 – 90+4 Auar.

Qeyd edək ki, “Əl-İttihad” 71 xalla Səudiyyə Ərəbistanı çempionatında liderdir və sona 4 tur qalmış ikinci pillədəki rəqibi 6 xal qabaqlayır.

“Əl-Nəsr” 60 xalla dördüncü yerdədir.

Aut.az