Estevao “Çelsi”nin yeni rekordçusu oldu
“Çelsi”nin futbolçusu Estevao Uillyan İngiltərə Kubokunda “Hall Siti”yə qarşı oyunda (4:0) fərqlənib.
Aut.az xəbər verir ki, 18 yaşlı braziliyalı 59-cu dəqiqədə hesabı 3:0-a çatdıraraq komandasının üstünlüyünü möhkəmləndirib.
“Opta”nın məlumatına görə, bu, Estevaonun cari mövsümdə vurduğu 7-ci qoldur və Premyer Liqanın əsasının qoyulduğu vaxtdan bəri 19 yaşdan aşağı futbolçular arasında klub rekordu sayılır.
Gənc istedad ötən yay “Palmeyras”dan “Çelsi”yə transfer olunub. Onun aktivində 7 qolla yanaşı, 3 məhsuldar ötürmə də var. Bu göstəricilərə çatmaq üçün o, bütün turnirlər daxil olmaqla 32 oyunda iştirak edib.
Aut.az
