Görün futbolçu nəyə görə meydandan qovuldu – VİDEO
İngiltərənin dördüncü divizionunda “Notts Kounti” və “Çesterfild” komandaları arasında keçirilən oyunda qəribə hadisə baş verib.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi Oliver Norbern oyunun 19-cu dəqiqəsində komandasını azlıqda qoyub.
Oyun epizodunda rəqibin butsusu ayağından çıxıb. Norbern isə onu götürərək meydandan kənara atıb.
Hakim bu hərəkəti idmançıya yaraşmayan davranış kimi qiymətləndirib və tərəddüd etmədən oyunçuya birbaşa qırmızı vərəqə göstərib.
Nəticədə “Çesterfild” say üstünlüyündən istifadə edərək 3:2 hesabı ilə qələbə qazanıb.
Aut.az
