İngiltərə

Atasından sonra oğlunu da istəyirlər: Ancaq bir nüans var

İngiltərə Premyer Liqası klubu “Everton” komandanın baş məşqçisi postuna Davide Ançelottinin namizədliyini nəzərdən keçirir.

Aut.az xəbər verir ki, gənc mütəxəssis əfsanəvi məşqçi Karlo Ançelottinin oğludur.

“Mavilər”in hazırkı meneceri Şon Dayşın taleyi şübhə altındadır. Klub rəhbərliyi mütəxəssisin mümkün əvəzlənməsini nəzərdən keçirir və onların nəzərində ilk namizəd Davidedir.

Davide ilə bağlı bir nüans var. O, əvvəllər “mavilər”in əzərli rəqibi “Liverpul”da baş məşqçi köməkçisi kimi çalışıb. Hazırda italiyalı mütəxəssis “Real”da atasının köməkçisi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Karlo Ançelotti 2019-2021-ci illərdə “Everton”a rəhbərlik edib.

Aut.az