İngiltərə

8 ildən sonra bacardılar

“Arsenal” İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Mançester Siti”yə bir qolla qalib gəlib.

Aut.az xəbər verir ki, “topçular” 2015-ci ildən sonra ilk dəfə ölkə çempionatında “şəhərlilər” üzərində qələbə qazanıblar. Bu müddət ərzində “Mançester Siti” 13 dəfə “Arsenal”a qalib gəlib, 2 qarşılaşma isə heç-heçə başa çatıb.

Qeyd edək ki, 8 turdan sonra 20 xal toplayan “Arsenal” “Tottenhem”lə Premyer Liqanın şərikli lideridir. “Mançester Siti” isə 18 xalla üçüncü sırada qərarlaşıb.