Mudrikin “Çelsi” karyerası bitdi? – Mareska deyir ki…
“Çelsi”nin baş məşqçisi Entso Mareska, müsbət dopinq testindən sonra Mixail Mudrikin psixoloji durumundan narahatdır.
Aut.az xəbər verir ki, mütəxəssis cinah oyunçusunun komandadakı karyerasının bitmədiyinə də əmindir.
“Bununla üzləşən istənilən oyunçunun dəstəyə ehtiyacı var. Onun “Çelsi” karyerası bitdi? Mən belə düşünmürəm, yox. Düşünürəm ki, o qayıdacaq, amma bunun nə vaxt olacağını bilmirik. Yeganə sual onun nə vaxt qayıdacağıdır. Onun sıraya qayıdacağına heç bir şübhə yoxdur”, – Mareska deyib.
Aut.az
