TürkiyəAzərbaycan futbolu

Renat Türkiyədə həftənin ən yaxşısı seçiləcək?

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşov Türkiyə Superliqasında 8-ci turun ən yaxşı oyunçusu adına namizəddir.

Aut.az xəbər verir ki, “Hatayspor”un hücumçusu “Yeniaçık” nəşrinin müəyyənləşdirdiyi 4 iddiaçı sırasına düşüb.

“Konyaspor”la görüşdə dubla imza atan 24 yaşlı forvardın rəqibləri “Fənərbağça”nın hücumçusu Edin Ceko, “Qalatasaray”ın ön xətt oyunçusu Mauro İkardi və “Ankaragücü”nün yarımmüdafiəçisi Qarri Rodrigesdir. Səsvermə nəşrin tviter səhifəsində azarkeşlər arasında aparılır.

8-ci turda İkardi və Rodriges 1 qol, 1 məhsuldar ötürmə, Ceko isə 1 qolla yadda qalıb.

Qeyd edək ki, “Konyaspor”u 3:1 hesabı ilə məğlub edən “Hatayspor” 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.