İngiltərə

“Arsenal”ın lideri uğurla əməliyyat olundu – FOTO

“Arsenal”ın 25 yaşlı hücumameyilli yarımmüdafiəçisi Kay Haverts Dubayda məşq zamanı budunun yuxarı hissəsindən zədələnərək əməliyyat olunub.

Aut.az xəbər verir ki, əməliyyat barədə futbolçu özü sosial şəbəkədə yazıb.

“Son günlər həm əqli, həm də fiziki cəhətdən çətin keçdi. Amma dünən gözəl gün idi, çünki əməliyyat uğurlu keçdi.

Dəstəyiniz üçün hamınıza təşəkkür edirik. Bu, çox kömək etdi”, – Haverts yazıb.

Londonun “Arsenal”ı üçün Havertsin itkisi əsl zərbə olub, çünki komanda əslində bütün hücum oyunçularını itirib.

Kai Havertsin gələn mövsümün əvvəlində futbola qayıtması gözlənilir.

“Arsenal”ın lideri uğurla əməliyyat olundu – FOTO

Aut.az