İngiltərə futbolunun tarixində ilk: Bu qadın…
İngiltərə futbolunun tarixində ilk yaşanıb.
Aut.az xəbər verir ki, qadın mütəxəssis kişilərdən ibarət peşəkar futbol komandasının baş məşqçisi təyin olunub. Hanna Dinqli İngiltərə Birinci Liqasında çıxış edən “Forest Qrin Rovers”in sükanı arxasına keçib. Bu barədə klubun saytı məlumat yayıb.
Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Hanna Dinqli “ağ-yaşıllar”a heç də yad şəxs deyil. O, 2019-cu ildən sözügedən klubun akademiyasında çalışır. Dinqli 2021-ci ildə “Forest Qrin Rovers” qadın futbol akademiyasının yaradılmasına nail olub.

